• Bz. Noy 24th, 2024

Avropa Komissiyasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

ByYenigun.news

Mar 5, 2024


Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir.

Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir.

Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını – COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir