Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq.
Bu barədə Avropa İttifaqının İrəvandakı nümayəndəliyinə istinadən məlumat yayılıb.
Məlumata görə, baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək.
“Səfərin məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin yeni təşəbbüslərlə çıxış etməkdir”, – nümayəndəlikdən bildirilib.
Mənbə: Ermənistan KİV