• C. İyl 18th, 2025

Avropa Parlamenti: Moldova da Ukrayna kimi ciddi müharibə təhlükəsi ilə üz-üzədir

ByYenigun.news

Noy 12, 2022

“Moldova NATO-nun müdafiə ittifaqının bir hissəsi olmalıdır”.

Bunu Avropa Parlamentinin sədri Roberta Metsola Moldova Prezidenti Maya Sandu ilə görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O vurğulayıb ki, NATO ittifaqının bir hissəsi olmaq Moldova kimi ölkələrin təhlükəsizliyini yaxşılaşdırmağa və daha böyük təhdidlərin qarşısını almağa kömək edəcək.

Avropa Parlamentinin sədri əlavə edib ki, Moldova da Ukrayna kimi çox ciddi müharibə təhlükəsi ilə üz-üzədir və özünün təhlükəsizliyini gücləndirməlidir.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir