“Tehrandakı Azərbaycan səfirliyində bir insanın ölümü, bir neçə əməkdaşın yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyirəm”.
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bəyan edib.
“Səfirlik və səfirlik əməkdaşlarının mühafizəsi zamanı həyatını itirən Əsgərov Orxan Rizvan oğluna rəhmət, ailəsinə səbir, yaralılara tezliklə şəfa diləyirəm”, – deyə o, özünün “Twitter” hesabında yazıb.