“Azad olunmuş ərazilərimizin bərpası çox unikal bir keysdir”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
“Biz 30 illik işğaldan sonra o ərazilərə qayıtmışıq. Mədəni, tarixi və digər bütün abidələr dağıdılmışdı. Buna görə də orada bizim qarşımızda çox böyük öhdəlik var idi”, – o əlavə edib.
Aydın Kərimov deyib ki, azad olunan şəhərlərin yenidən və dayanaqlı bərpası üçün bır sıra vacib nüanslar olub:
“Çünki biz, eyni zamanda, mədəni irsimizi də qorumalıyıq. Bu, çox mürəkkəb bir işdir. Məsələn, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq çox ehtiyatlı planlaşdırma tələb edir”.