• C. Noy 29th, 2024

Ayxan Hacızadə: “Ermənistandan qonşularına ərazi iddiasından əl çəkəcəyini soruşmaq daha yaxşıdır” – FOTO

ByYenigun.news

Yan 31, 2024


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.

O, bu barədə “X” hesabında paylaşım edib.

“Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, qonağı olduğu ermənilərdən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı”, – o qeyd edib.

Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda Ermənistan parlamentinin sədri ilə birgə mətbuat konfransında Azərbaycanın guya Ermənistanla danışıqlardan çəkinməsi barədə iddialar səsləndirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir