Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.
Bu barədə XİN-in sözçüsü “X”də yazıb.
“Ermənistandakı gərgin vəziyyətdən əhalinin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı təxribata əl atmaq və bunda regionda sülhün tərəfdarı olan Azərbaycanı ittiham etmək məsuliyyətdən yayınmaq üçün çarəsiz cəhddən başqa bir şey deyil. Azərbaycan bundan sonra da belə təxribatların qarşısını almaq üçün tədbirlər görəcək”, – diplomat qeyd edib.
Resorting to provocation agnst #Azerbaijan for distracting population from tense situation in 🇦🇲 & accusing 🇦🇿, who is a party promoting peace in the region, is nothing but desperate attempt to avoid responsibility.
🇦🇿 will continue to take measures to prevent such provocations. https://t.co/ioXU8kSbl4
— Aykhan Hajizada (@Aykhanh) September 1, 2023