• Bz. Okt 27th, 2024

Azərbaycan 422 erməni hərbçisinin meyitini və qalıqları Ermənistana qaytarıb

ByYenigun.news

Mar 1, 2023

“44 günlük müharibə və müharibədən sonrakı hadisələr nəticəsində həlak olan 422 erməni hərbçisinin meyiti və qalıqları Ermənistana qaytarılıb”.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan əsirlərin, məhbusların və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan İdarələrarası Komissiyanın iclası zamanı məlumat verib.

Qeyd edilib ki, onlardan 225-i 2022-ci ildə sentyabr hadisələri zamanı həlak olub.

Hazırda sentyabr hadisələri zamanı ölən iki erməni hərbçinin meyitinin çıxarılması istiqamətində işlər aparılır.

Armen Abazyan əlavə edib ki, müharibədən sonra ümumilikdə 173 nəfər hərbi qulluqçu və mülki şəxs Ermənistana təhvil verilib.

Mənbə: “Sputnik” Ermənistan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir