• Ca. Okt 31st, 2024

“Azərbaycan-Aİ münasibətlərinin inkişafından narahat olan yeganə Avropa ölkəsi Fransadır” – RƏY + FOTO

ByYenigun.news

Dek 8, 2022

“Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafından narahat olan yeganə Avropa ölkəsi Fransadır”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O, Fransanın Rusiyanın yerinə göz dikdiyini vurğulayıb. Deputat bildirib ki, bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mandatının uzadılmasının vacibliyi haqqında açıqlaması məhz bundan xəbər verir:

“Görünür, Fransa Avropa İttifaqı adı altında bölgədə daimi yerləşmək istəyir. Maraqlısı budur ki, Rusiya hələ buna göz yumur. Görəsən, Rusiya öz forpostunun Fransa koloniyasına çevrilməsinə nə qədər dözəcək?!”

“Ermənistan üçün isə fərqi yoxdur. Onsuz da heç vaxt müstəqil olmamış bu dövlət sadəcə olaraq boyunduruğunu dəyişir. Burada əsas məsələ Fransanın bu addımları Avropa İttifaqı pərdəsi altında atmasıdır. Paris bununla həm də Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətləri korlamaq istəyir. Görünən odur ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafından narahat olan yeganə Avropa ölkəsi də Fransadır”, – A.Hüseynov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir