Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşündə bildirilib.
Söhbət zamanı, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.
Eyni zamanda, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda “Adani Group” ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.