Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təlimində Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirirlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, təcrübə mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir silah və texnikadan effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları beynəlxalq təlimdə ölkəmizi layiqincə təmsil edirlər.