• Ca. Dek 25th, 2025

Azərbaycan Müəllimlərinin XVI Qurultayı keçirilir

Byadmin

Dek 15, 2023


Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayı keçirilir.

Oxu.Az-ın məlumatına görə, tədbirdə Prezident İlham Əliyevin təbrik məktubu oxunub.

Məktubu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Qurultayda elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, eyni zamanda yüzlərlə müəllim iştirak edir.

Qeyd edək ki, Müəllimlərin Qurultayı hər 5 ildən bir keçirilir.

Tədbir iki gün davam edəcək.

İlhamə Əbülfət