• Ça. Avq 26th, 2025

Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB

ByYenigun.news

May 7, 2022

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu xəbəri qəti surətdə təkzib edirik”, – deyə qurumdan bildirilib.