Mayın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi kontekstində praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Ötən il qarşılıqlı ticarət dövriyyəsi 27 faiz, ilin əvvəlindən isə daha 15 faiz artıb. Avtomobil sənayesi, energetika, kənd təsərrüfatı, elektrotexnika, tekstil, turizm və digər sənaye sahələrində əməkdaşlıq layihələri həyata keçirilir.
Söhbət zamanı layihələr portfelinin, o cümlədən Birgə İnvestisiya Şirkətinin vəsaitlərinin cəlb edilməsi ilə daha da artırılmasının vacibliyi vurğulanıb.
Qeyd edilib ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın növbəti iclası və iki ölkənin ikinci Regionlar Forumu keçiriləcək.
16:12
Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında məlumat verib.
“Sənədin icrası yaşılenerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək”, – deyə nazir əlavə edib.
Özbəkistana işgüzar səfərimiz çərçivəsində #Azərbaycan, #Özbəkistan və #Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”nu imzaladıq. Sənədin icrası… pic.twitter.com/bPpMOMARmw
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024
15:55
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana işgüzar səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə – Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsində iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün şəxsi “X” hesabında məlumat verib.
“Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərlərinin Birgə Kommünikesindən irəli gələn məsələlərin icrası, region ölkələrinin enerji sistemlərinin inkişafının koordinasiyası və yaşılenerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, – deyə nazir əlavə edib.
Özbəkistana işgüzar səfərimiz çərçivəsində energetika naziri, həmkarım Pərviz Şahbazovla (@ParvizShahbazov) birlikdə #Azərbaycan, #Özbəkistan və #Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə – Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə… pic.twitter.com/ZS8ksCBirO
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024
13:28
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində imzalanıb və ölkə Prezidentinin 14 oktyabr 2023-cü il tarixli nömrəli Sərəncamı ilə təsdiq edilib. Şirkət Özbəkistanda qeydiyyatdan keçib və onun ümumi kapitalı 500 milyon ABŞ dolları təşkil edir.
Özbəkistana işgüzar səfərimiz zamanı #Azərbaycan – #Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında iştirak etdik. Ölkələrimiz arasında #biznes və #ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı #investisiya fəaliyyətinin intensiv təşviqi,… pic.twitter.com/pry5wACcGt
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024
Nazir vurğulayıb ki, Azərbaycanla Özbəkistan arasında hasilat, rəqəmsallaşma, turizm, infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə edilib.
Özbəkistana işgüzar səfər çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrin birgə həyata keçirdiyi layihələrin perspektivləri, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, sənaye, sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Özbəkistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev ilə ölkələrimizin birgə həyata keçirdiyi layihələrin perspektivləri, #Azərbaycan – #Özbəkistan #İnvestisiya Şirkətinin fəaliyyəti, #sənaye, hasilat, rəqəmsallaşma,… pic.twitter.com/mxID1e10ZZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024
11:22
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.
O bu barədə öz “X” hesabında paylaşım edib.
Nazir görüşdə iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələləri nəzərdən keçirdiklərini qeyd edib.
#Özbəkistan-a işgüzar səfərimiz zamanı bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ikitərəfli #iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələləri nəzərdən keçirdik:
– #Biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların… pic.twitter.com/cyU604djAV
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024
09:50
“Özbəkistan Respublikasına işgüzar səfərimiz çərçivəsində Azərbaycan – Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd Beynəlxalq İnvestisiya Forumunda, həmçinin Özbəkistan və Qazaxıstan nazirləri ilə üçtərəfli görüşdə iştirak edəcəyik”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.
Nazir Özbəkistanın bir sıra hökumət nümayəndələri ilə ölkələrimizin ortaq maraqlarına xidmət edən təşəbbüslər və iqtisadi əməkdaşlığımızın inkişafı imkanları ətrafında müzakirələr aparacağını deyib.
Özbəkistan Respublikasına işgüzar səfərimiz çərçivəsində #Azərbaycan – #Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd Beynəlxalq #İnvestisiyaForumu-nda, həmçinin Özbəkistan və #Qazaxıstan nazirləri ilə üçtərəfli görüşdə iştirak edəcəyik. Özbəkistanın bir… pic.twitter.com/uGXPfF61KU
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 1, 2024