• C. Noy 22nd, 2024

Azərbaycan-Polşa münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir – AÇIQLAMA

ByYenigun.news

Mar 31, 2022

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə ediblər.

Oxu.Az-ın məlumatına əsasən, bunu Ceyhun Bayramov polşalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, danışıqlarda Azərbaycanla ATƏT-in beynəlxalq platformalarda əməkdaşlığı da müzakirə predmetləri sırasında olub.

Ceyhun Bayramov deyib ki, Azərbaycanla Polşanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir