• Şb. Sen 20th, 2025

Azərbaycan Prezidenti Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib

ByYenigun.news

Apr 5, 2023


Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.