• Şb. Dek 27th, 2025

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir – FOTO

Byadmin

Mar 15, 2023


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gedib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi rəsmi şəxslər qarşıladılar.