• Ç. Noy 27th, 2024

Azərbaycan Prezidenti Şuşa ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edib

ByYenigun.news

Apr 20, 2022

“Biz kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək”.

Bu barədə Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Şuşa şəhərinin bərpası üzrə planların fəal icra olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir