• Ca. Noy 28th, 2024

Azərbaycan Prezidentinin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıb – FOTO

ByYenigun.news

İyn 7, 2022

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib.

Bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Twitter“ səhifəsindəki paylaşımda qeyd olunub.

Qeyd edilir ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir