Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov etimadnaməsini bu ölkənin Prezidenti Yoon Suk Yeola təqdim edib.
Bu barədə Ramin Həsənov özünün “Twitter” hesabında bildirib.
“Azərbaycan və Koreya arasındakı münasibətlərin, əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün koreyalı dostlarla yaxından işləməyi səbirsizliklə gözləyirəm”, – deyə səfir əlavə edib.
Today I had the honor to present my credentials to the President of the Republic of Korea H.E. Mr.Yoon Suk Yeol @President_KR. I look forward to working closely with Korean friends to further strengthen the relations and cooperation between Azerbaijan and Korea.@MOFAkr_eng pic.twitter.com/QTfoaae0bE
— Ramin Hasanov (@HasanovR) January 26, 2023