“Törətdiyi əməllərə rəğmən, biz Ermənistanla sülhə və yeni başlanğıca hazırıq”.
Bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” hesabında yazıb.
O, ermənilərin bu günədək Azərbaycan xalqına qarşı çoxlu sayda cinayətlər törətdiklərini qeyd edib.
“Azərbaycan xalqı torpaqlarımızda Ermənistanın soyqırımı törətməsindən, 1990-cı illərin əvvəllərində bir milyon azərbaycanlının məcburi köçkünə çevrilməsindən 30 illik vəhşi və barbarca işğala, 2020-ci ildə Ermənistanın dinc əhaliyə yönəlmiş ölümcül hücumlara qədər böyük əzab-əziyyətə qatlaşıb”, – diplomat vurğulayıb.
N.Ağayev əlavə edib ki, bütün bunlara rəğmən, sülh və birgəyaşayış mümkündür:
“Bununla belə, biz Ermənistanla sülhə və yeni başlanğıca hazırıq. Biz istəyirik ki, etnik ermənilər Qarabağda sülh şəraitində yaşasınlar və Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi bütün hüquqlarından istifadə etsinlər. Sülh mümkündür, birgəyaşayış mümkündür”.
Azerbaijani people have endured immense suffering, from genocidal invasion of our lands by Armenia and forced displacement of 1 million Azerbaijanis in early ‘90s, thru 30 years of brutal & barbaric occupation, to Armenia’s deadly strikes on civilians in 2020 and so on. Yet we… pic.twitter.com/b2BnZuOfdA
— Nasimi Aghayev🇦🇿 (@NasimiAghayev) September 27, 2023