• Be. Noy 25th, 2024

Azərbaycan səfiri: “Zəngəzur dəhlizi Ermənistanın özünü təhlükəsizlikdə hiss etməsi üçün vacibdir”

ByYenigun.news

İyn 2, 2023


“Zəngəzur dəhlizi layihəsi Ermənistanın özünü təhlükəsiz şəraitdə hiss etməsi üçün də vacibdir. Dəhlizin açılmasından sonra Türkiyə və Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”.

Bu sözləri Türkiyə mətbuatına açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

O bildirib ki, bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün əhəmiyyətlidir:

“Zəngəzur dəhlizi Türkiyənin şərqlə qərb arasındakı əlaqəsini təmin edəcək. Ermənistan son 30 ildə bir çox layihədən məhrum oldu. Bu layihələr Ermənistandan yox, Gürcüstandan keçərək Türkiyə, Qara dəniz və Aralıq dənizinə çatdı. Ermənistan bu layihədən də kənarda qalsa, həyata keçirə biləcək başqa proyekt qalmayacaq”, – deyə azərbaycanlı diplomat vurğulayıb.

Mənbə: TRT Haber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir