• Ç. Dek 25th, 2024

Azərbaycan-Serbiya əlaqələri möhkəmlənir

ByVuqar Ferzeliyev

Dek 24, 2022

          Dekabrın 21-də Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfər edərək həmkarı ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Prezident  İlham Əliyev və Aleksandr Vuçiç mətbuata bəyanat verdilər. Bəyanatlarda qeyd olundu ki, Serbiya ölkəmiz üçün Balkanların qərbində mühüm strateji dövlətdir. İki ölkə arasında çoxsaylı sənədlər imzalanıb ki, bunlar İlham Əliyevin Belqrada sonuncu səfərilə bir daha yeniləndi. Hərbi sənayedən tutmuş, ticari-iqtisadi, mədəni, müasir texnologiyaların tətbiqi, sosial sferada əməkdaşlığa qədər bütün münasibətləri əhatə edən müqavilələr imzalandı. Serbiya hərbi sənayesi ilə öndə olan ölkədir. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşıb. Bu günlərdə Aleksandar Vuçiç Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə görüşüb. İki lider bır sıra mühüm məsələləri müzakirə ediblər. Həmçinin Azərbaycan və Serbiya hökumətləri arasında da bəzi sənədlər imzalanıb.

         İşgüzar görüşlər əlaqələr qurmaq üçün yaxşı fürsət olmuşdur. Bütün məsələlərdə ümumi anlayış vardır. Nəzərə almaq lazımdır ki, xüsusilə enerji və nəqliyyat sahələrində Azərbaycan ən vacib layihələrin təşəbbüskarı, eyni zamanda əsas iştirakçılarından biridir. Təbii ki, bu da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırasını davamlı olaraq genişləndirməkdədir.

       Hazırda Azərbaycanın Avropaya ixrac edəcəyi təbii qazın həcminin artırılması aktuallıq kəsb edən məsələdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan-Serbiya  əlaqələrinin canlanması bütövlükdə Azərbaycanın gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin göstəricisidir. Həmçinin iki ölkə arasında bir sıra mühüm sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq sistemi qurmaq mümkün olub. Bu gün Avropanın Azərbaycan karbohidrogen ehtiyatlarına çox böyük ehtiyacı var. Lakin daha çoxvektorlu əməkdaşlıq qurmaq potensialı mövcuddur. Bu da Azərbaycanla tərəfdaş olan ölkələrin diqqətindən yayınmır. Bu baxımdan Serbiya Prezidentini Azərbaycan səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq. Düşünürəm ki, xüsusən də hazırkı şərtlər daxilində bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün çox əhəmiyyətlidir.

        Serbiya Prezidenti Aleksandr Vuçiç mətbuata bəyanatında deyib ki, “Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir”. İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir.

İlqar Həsənov,

Göytəpə şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir