• Ç. Dek 25th, 2024

Azərbaycan-Serbiya əməkdaşlığının strateji hədəfləri

ByVuqar Ferzeliyev

Dek 24, 2022

          Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonraprezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib: “ Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır. Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var”.

        Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir. Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə bu rəqəmin 35 milyard kubmetrə çatacağı gözlənilir. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır”.

      Azərbaycan tərəfinin Serbiya Prezidentinin səfərinə böyük önəm göstərməsinin xüsusi əhəmiyyəti var. Keçən ay dövlət başçımızı Serbiya Prezidenti Aleksandar Vuçiçin şəxsən qarşılaması və yola salması da məhz bu diqqətin xüsusi nümunəsi kimi xarakterizə olunmalıdır. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq.

Qəzənfər Ağayev,

Cəlilabad şəhər sakini, Vətən müharibəsi qəhrəmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir