Milli Məclisin iclasında Azərbaycanla Slovakiya arasında bağlanan saziş ratifikasiya edilib.
Oxu.Az bildirir ki, sənəd “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişdir.
Bununla da Azərbaycan və Slovakiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması təsdiqlənib.