Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə investisiyaların stimullaşdırılmasını müzakirə edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
“EBRD-nin Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bankla ölkəmizin səmərəli əməkdaşlığı, investisiyalarınların stimullaşdırılması və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərimizi bölüşdük”, – deyə o qeyd edib.
Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin (@MatteoPatrone3) rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bankla ölkəmizin səmərəli əməkdaşlığı, #investisiya-ların stimullaşdırılması və #biznes mühitinin… pic.twitter.com/M4zqv2qq1u
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 4, 2023