• Şb. Sen 20th, 2025

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ikitərəfli görüşü dörd saatdan çox davam edir – YENİLƏNİB + FOTO

ByYenigun.news

İyn 28, 2023


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş 4 saatdan çoxdur ki, davam edir.

Danışıqlar ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində yerləşən Corc P.Şults adına Xarici Əlaqələr üzrə Milli Təlim Mərkəzində aparılır.

Qeyd edək ki, danışıqların əsas mövzusu sülh sazişinin müzakirəsidir.

20:17

Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də məlumat yayıb.

Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.

ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.