• Be. Sen 22nd, 2025

Azərbaycan və İsveçin NATO-dakı nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər – FOTO

ByYenigun.news

Mar 3, 2023

Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bu barədə Cəfər Hüseynzadə “Twitter” hesabında bildirib.

Görüşdə, həmçinin iki ölkənin NATO-dakı tərəfdaşlığı və Azərbaycanın alyansın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub.