• Ç. Noy 27th, 2024

Azərbaycan və Türkiyə Gürüstanın elektrik enerjisi idxalında Rusiyaya alternativ ola bilər

ByYenigun.news

Apr 21, 2022

“Rusiyadan elektrik enerjisinin idxalına hər hansı bir sanksiya tətbiq edilərsə Gürcüstan üçün təhlükə olmayacaq. Belə ki, Azərbaycan və Türkiyədən alternativ idxal mənbələrimiz var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri David Narmania deyib.

Onun sözlərinə görə, mart ayında Gürcüstan böyük həcmdə elektrik enerjisi idxal edib:

“Lakin biz artıq elektrik enerjisinin tədarükünə ehtiyacın olmayacağı fazaya daxil oluruq. SES-lər yerli tələbatı ödəmək üçün kifayət qədər elektrik enerjisi istehsal edəcək. Bununla yanaşı yaxın gələcəkdə bizdə ixraca yönələcək elektrik enerjisi də olacaq”.

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 119,2 milyon kilovat/saat həcmində elektrik enerjisi idxal edib. İllik müqayisədə həcm 74,2% və yaxud 3,8 dəfə azalıb.

Hesabat dövründə Gürcüstan ümumilikdə 1 094,4 milyon kilovat/saat həcmində elektrik enerjisi idxal edib. Qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü Rusiya (836,8 milyon kilovat/saat) olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir