Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin müavinləri Xələf Xələfovla Yavuz Selim Kıran arasında görüş olub.
“Yenigun.news” xəbər verir ki, bu barədə Yavuz Selim Kıran öz tvitter hesabında məlumat verib.
“Ölkəmizdə qonaq olan Azərbaycan xarici işlər nazirinin müavini, əziz dostum Xələf Xələfovla işgüzar naharda bir araya gəldik. Hər zaman Can Azərbaycanın yanında olmağa davam edəcəyik. Birlik harada, dirilik orada!”, – deyə Kıran yazıb.
Görüş zamanı ikitərəfli münasibətlər və cari regional məsələlər müzakirə edilib.