• Bz. Dek 21st, 2025

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub – FOTO

Byadmin

İyn 22, 2023


Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “Twitter” hesabında yazıb.

“Jandarm Qüvvələri Komandanı Ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq.

Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”, – Ali Yerlikaya qeyd edib.