“Türkiyəli iş adamlarının Azərbaycanda yaratdığı “Türkiyə Yüzilliyi Birlik və Həmrəylik Platforması”nın başlatdığı kampaniyaya dəstək verən bir çox azərbaycanlı geyim, ərzaq və ləvazimat yardımı edib”.
Bu barədə “Haber Global” xəbər yayıb.
“Qardaş Azərbaycanın Türkiyəyə yardımı davam edir. Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar”, – deyə məlumatda bildirilib.