Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də məlumat yayıb.
“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”da avtomobillər keçərsə, yol necə bağlanır?”, – XİN qeyd edib.
We reject @MFAestonia calling Garabagh of #Azerbaijan w/obsolete Soviet name. Seems that it is a new tendency to conceal illegal economic activities w/claims on human sufferings, & prevent actions agnst wrongful acts. On “blockade,” how a road is closed if cars r passing through? https://t.co/nVz9rcKgN5
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) December 19, 2022