• Şb. Dek 20th, 2025

Azərbaycan XİN Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib – FOTO/VİDEO

Byadmin

Fev 6, 2024


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.

Bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.

“Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, – paylaşımda deyilir.