“İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarına dəyişiklik edilməsi barədə müraciətini haqlı olaraq rədd edib”.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Twitter”də bildirib.
Diplomat daha sonra qeyd edib:
“Məhkəmə yekdilliklə Ermənistanın Azərbaycandan Laçın sərhəd keçid məntəqəsində xidmət edən Dövlət Sərhəd Xidməti əməkdaşlarını geri çağırmaq barədə iddiasını təmin etməkdən imtina edib.
Ermənistanın yalan bəyanatlarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin nə Laçın yolu ilə hərəkətə mane olduğunu, nə də Azərbaycanın 22 fevral Sərəncamını pozduğunu müəyyən etməmişdir.
Biz Ermənistanı tərəflərin mübahisəsini gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə mane olan qeyri-kostruktiv davranışına son qoymaq barədə Məhkəmənin qərarına əməl etməyə çağırırıq”.
On 6 July, the #ICJ rightly denied #Armenia’s request for modification of the Court’s 22 February 2023 Order.
— Elnur Mammadov (@ElnurIMammadov) July 11, 2023