• Be. Fev 16th, 2026

Azərbaycan XİN Nepala başsağlığı verib – FOTO

Byadmin

Noy 4, 2023


“Nepalda onlarla insanın öldüyü və yaralandığı güclü zəlzələ xəbəri bizi dərindən kədərləndi”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.

“Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik”, – paylaşımda bildirilib.