“30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul və qızlarımızın əziz xatirəsinin Anım Günüdür”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
“Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq”, – paylaşımda deyilir.
30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul & qızlarımızın əziz xatirəsinin #AnımGünü|dür. Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan Şəhidlərimizi dərin hörmət & minnətdarlıqla anırıq. pic.twitter.com/eXw1basgF0
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 27, 2023