“Qaziantepdən gəlmişəm. Üç gün soyuqda çöldə qalmışıq”.
Bunu Baku TV-yə açıqlamasında həyat yoldaşı və bir uşağı ilə birgə Türkiyədan Azərbaycana təxliyə olunan zərərçəkən deyib.
O, xəstəxanada onlara lazımi yardımın göstərildiyini qeyd edərək Azərbaycana təşəkkür edib:
“Azərbaycan dövləti bizə sahib çıxdı. Prezident İlham Əliyevə təşəkkür edirəm”, – deyə zərərçəkən əlavə edib.