• Ca. Yan 16th, 2025

Azərbaycanda sosial xidmətin inkişafına dair dövlət proqramı çərçivəsində görüləcək işlər AÇIQLANDI

ByYenigun.news

Avq 30, 2023


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hansı işlərin görüləcəyini açıqlayıb.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq, Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək aşağıdakı istiqamətlərdə işlər aparılacaq:

– hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı, rəqabətqabiliyyətli kadr potensialının formalaşması,

– sosial xidmət sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi,

– sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi

– əhalinin göstərilən sosial xidmətlərdən məmnunluq səviyyəsinin artması,

– sosial xidmət layihələrinin miqyasının, sosial xidmətlər sahəsində dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi,

– dövlət sosial xidmət müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və həmin müəssisələrdə reabilitasiya şəraitinin müasir beynəlxalq təcrübəyə uyğun təşkili,

– əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi,

– sosial xidmət sahəsində yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və sairə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir