• Be. Noy 25th, 2024

Azərbaycanda trisikl və kvadrisiklləri idarə etmək üçün sürücülük vəsiqəsi istəniləcək

ByYenigun.news

Fev 1, 2023

Azərbaycanda trisikl və kvadrisikllər dövlət qeydiyyatına alınacaq və idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbi müəyyənləşdirilib.

Trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.

Kvadrisikl yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.

Dəyişikliklə sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsi tələb olunmasına dair qərar 6 aydan sonra qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir