• Şb. Dek 20th, 2025

Azərbaycanda yəhudi dini mədəni mərkəzi inşa edilir

Byadmin

Yan 11, 2024


Azərbaycanda yəhudi dini mədəni mərkəzi inşa edilir.

“Report”un məlumatına görə, bu barədə Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında məlumat verib.

“Azərbaycan Prezidentinin Sərəncamı ilə yəhudi dini mədəni mərkəzi tikilir. Bu, yəhudilər üçün önəmli dəyərdir. Bundan öncə də dağ yəhudiləri üçün ibadət ocağı olan sinoqoq tikilmişdir. Bütün bunlar Azərbaycan dövləti tərəfindən həyata keçirilir”, – o qeyd edib.