Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatları yenidən qiymətləndiriləcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsini təmin etməlidir.