• Be. Dek 22nd, 2025

Azərbaycandakı Fransa vətəndaşlarının seçki məntəqəsi bəlli oldu – FOTO

Byadmin

Apr 10, 2022

Bakıdakı seçki məntəqəsi paytaxtdakı Fransa vətəndaşları üçün açılıb.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında bildirib.

“Səsvermə açıqdır! Bakıda fransız məktəbi”, – səfir Bakı Fransız liseyindən fotolar paylaşalaraq yazıb.

Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək. Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verməli olacaqlar.

Prezidentlik uğrunda siyasi yarışın ən gənc namizədinin 44 yaşı (Makron), ən qoca iştirakçısının 70 yaşı (Melenşon) var.