• Şb. Dek 27th, 2025

Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb – FOTO

Byadmin

Apr 12, 2023


Türkiyənin Azərbaycanda yaşayan və işləyən vətəndaşları üçün ölkələrində mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində səs verəcəyi ünvan və tarix açıqlanıb.

Səsvermə qardaş ölkənin Bakıdakı səfirliyində keçiriləcək və 5 maydan etibarən iki gün davam edəcək.

Bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı özünün “Twitter” hesabında paylaşım edib.

“5-6-7 may tarixlərində saat 09:00-dan 21:00-dək Bakı səfirliyimizdə Prezident seçkisi və 28-ci dövr millət vəkili seçkilərinə səsvermə keçiriləcək”, – deyə o, paylaşımında bildirib.