Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
President.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.