Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyəyə səfərə gedib.
“Report” xəbər verir ki, o, qardaş ölkənin çevrə, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki ilə görüşüb.
Görüşdə Azərbaycanın Kahramanmaraş şəhərində inşa edəcəyi mənzillərlə bağlı məsələlər müzakirə olunub.
M.Özhaseki səfərə və dəstəyə görə A.Quliyevə təşəkkür edib.
O bildirib ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə olmağa davam edəcək.
‘Dünya Şehirler Günü Zirvesi’ programı kapsamında, Kolombiya Konut ve Şehir Bakanı Sayın Catalina Velasco ile bir görüşme gerçekleştirdik.
Ülkelerimizin çevre ve şehircilik yatırımları ile ortak geliştirebileceğimiz projelere dair görüş alışverişinde bulunduk.
📍İstanbul pic.twitter.com/iCJCWfVvcj— Mehmet Özhaseki (@mehmetozhaseki) October 31, 2023