• Bz. Sen 7th, 2025

Azərbaycanın Kiyevdəki səfirliyinin binasında raket zərbəsindən çatlar əmələ gəlib – FOTO

ByYenigun.news

İyn 26, 2022

Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığında raket zərbəsi olub və nəticədə binanın divarlarında çatlar əmələ gəlib.

Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, 2 ay əvvəl də səfirliyin binası zərbədən zədələnib. Lakin bunun nəticələri aradan qaldırılıbmış.

Bu gün isə bina yenidən ziyan dəyib, səfirlik əməkdaşlarının həyatı təhlükə altına düşüb. Qeyd edək ki, Kiyevdəki səfirliyimiz 60-cı illərdən qalma binada yerləşir. Bina yeni təmir edilibmiş.

İndi isə zərbə daha da yaxında olduğu üçün binanın divarlarında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.