• Ç. Sen 24th, 2025

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağın erməni sakinləri üçün yanacaq göndərib – FOTO

ByYenigun.news

Sen 23, 2023


Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yanacaqla dolu iki nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Yanacaq daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edirlər.

Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.