• Ç. Noy 27th, 2024

Azərbaycanın Orta Asiyaya uzanan nüfuzu – VİDEO

ByYenigun.news

Apr 20, 2022

Azərbaycan və Qırğızıstan arasında müxtəlif sahələri əhatə edən çoxşahəli əlaqələr mövcuddur. İstər ikitərəfli, istərsə də beynəlxalq münasibətlər sistemində hər iki respublikanın ortaq mövqeləri mövcuddur və tərəflər bir çox beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. 

Qırğız Respublikasının Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması da bu əlaqələrin artan xətt üzrə inkişafından xəbər verir. Xüsusən Vətən müharibəsində Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycan əleyhinə qərarların qəbuluna cəhd etsə də, təşkilata üzv ölkələr, o cümlədən Qırğız Respublikasının Azərbaycanı birmənalı dəstəkləməsi rəsmi İrəvanın arzusunu ürəyində qoydu. Yeni bəyannamə həm də təşkilatda təmsil olunmasaq belə, orada sözümüzün eşidilməsi baxımından önəmlidir. 

Qeyd edək ki, iki ölkə arasında Dövlətlərarası Şuranın yaradılması, kənd təsərrüfatı, rabitə və informasiya-kommunikasiya texnologiyaları, əqli mülkiyyətin qorunması və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı memorondumlar imzalanıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir