• C. Noy 29th, 2024

Azərbaycanın Rus İcması: Şanlı Ordumuz qısa müddətdə Qələbə çalıb və separatçıları kapitulyasiyaya məcbur edib

ByYenigun.news

Sen 21, 2023


“Azərbaycanın Rus İcması Prezident, Ali Baş Komandan İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını Qarabağda uğurlu antiterror tədbirlərinin keçirilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir. Azərbaycana çox mürəkkəb olan bu vəzifənin yerinə yetirməsi üçün cəmi 24 saat vaxt lazım oldu. Otuz ildən artıq müddətdə Qarabağda yaşayan erməniləri girov saxlayan, regionda sabitliyi pozmağa davam edən qanunsuz rejim birdəfəlik darmadağın edildi və kapitulyasiya etdi. Bu qələbə bir daha Azərbaycana qalib ölkə statusu qazandırdı”.

Bu fikirlər Azərbaycanın Rus İcmasının bəyanatında yer alır.

Bəyanatda deyilir:

“Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin Azərbaycanın bölgələrindən çıxarılması ilə paralel olaraq yerləşdirilməli idi. Lakin bu baş vermədi. Bəyanatın imzalanmasından sonra erməni hərbi birləşmələrinin Qarabağda basdırdığı minaların partlaması nəticəsində 300-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb.

Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni kəşfiyyat-diversiya qruplarının əvvəlcədən basdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyi Daxili qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıblar. Ermənistanın destruktiv mövqeyi danışıqlar prosesində də irəliləyiş əldə edilməsinə imkan verməyib, mütəmadi hərbi təxribatlar isə Azərbaycanı antiterror tədbirlərinə başlamağa vadar edib.

Biz, Azərbaycanın rus əhalisi, göstərilən mətanət, müdriklik və sonunadək qələbə əzminə görə Prezidentimiz İlham Əliyevə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Bizim rəşadətli, şanlı Ordumuz qısa müddətdə Qələbə çalıb və separatçıları kapitulyasiyaya məcbur edib. İndi bayrağımız Xankəndi şəhərində də məğrurcasına dalğalanacaq. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi!

Bu günlərdə minlərlə insan azad olunmuş torpaqlara, yenidən inşa edilmiş evlərə qayıdır və biz ölkə rəhbərliyinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sülhün və əmin-amanlığın bərpa edilməsi istiqamətində böyük səylərinin şahidi oluruq.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır. Və nida işarəsi!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir